Kreml ABŞ-lə sülh dialoqunun şərtlərini açıqladı

Kreml ABŞ-lə sülh dialoqunun
Peskov
Siyasət 19-11-2024 - 10:14

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiyanı və onun maraqlarını dinləməyə hazır olması dinc dialoqun başlanması üçün şərtdir.

Ajans.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əgər o, sülhün əldə olunmasına kömək etməyə çalışarsa, narahatlığımızı dinləməyə, Rusiyanın bu cür hərəkət etməsinin səbəblərini başa düşməyə hazır olsa, o zaman sülhə nail olmaq üçün zəmin yarana bilər”, - Kreml sözçüsü bildirib.

Eyni zamanda Peskov qeyd edib ki, Tramp bütün seçki kampaniyası boyu Rusiya ilə qarşıdurmadan deyil, konkret olaraq sülhdən danışıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: