Kiyev təkbaşına qərar verə bilməz! - Merkel
Kiyev təkbaşına Ukrayna böhranına diplomatik son qoymaq və Rusiya ilə danışıqlara başlamaq barədə qərar verə bilməz.
Ajans.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
Merkel vurğulayır ki, Ukraynanı dəstəkləyən ölkələr Kiyevlə birlikdə diplomatik danışıqlara qərar verməlidir. Siyasətçi hesab edir ki, Kiyev təkbaşına belə bir qərar verə bilməz. Lakin eks-kansler danışıqlar prosesinin nə vaxt başlayacağı sualına cavab verməkdə çətinlik çəkib.
Siyasi səbəblərdən Merkel Rusiya Federasiyası ilə iqtisadi əlaqələri saxlamağa çalışır. Lakin Almaniya da münasibətlərin qurulması prosesində çəkindirici amildən istifadə edir.