"Kanal 11"in rəhbərinə 8 il cəza verildi
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov və İstək Totiyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, T.Kərimova 8 il həbs, İ.Totiyevaya isə şərti cəza verilib.