Kanadanın baş naziri İSTEFA VERƏCƏK

Kanadanın baş naziri
Castin Trüdo
Siyasət 06-01-2025 - 09:47

Kanadanın baş naziri Castin Trüdo yaxın vaxtlarda istefasını elan edə bilər.

Ajans.az xəbər verir ki, bu barədə “Globe and Mail” qəzeti mənbələrə istinadən məlumat verib.

Hakim Liberal Partiyasının lideri yanvarın 6-da, yanvarın 8-nə təyin edilmiş milli qurultaydan əvvəl açıqlama verməyi planlaşdırır.

Kanadanın Yeni Demokratik Partiyası daha əvvəl hökuməti istefaya məcbur edəcəyini bildirmişdi. Onun lideri Caqmet Sinq Castin Trüdoya sadiq olsa da, böyük ehtimalla müxalifət Liberalların liderini vəzifəsindən istefa verməyə məcbur edəcək. Mühafizəkar dəstənin nümayəndələri də bunu istəyir.

Bir müddət əvvəl ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Castin Trüdo ilə görüşüb. Amerika lideri qeyd edib ki, söhbət çox yaxşı keçib. Dövlət nümayəndələri digər məsələlərlə yanaşı, narkotik böhranı, eləcə də digər eyni dərəcədə vacib məsələləri müzakirə ediblər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: