Kanadanın baş naziri xəbərdarlıq etdi: Netanyahu gəlsə, həbs edəcəyik!

Kanadanın baş naziri xəbərdarlıq etdi:
Castin Tryudo 
Dünya 22-11-2024 - 15:02

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) baş nazir Binyamin Netanyahu da daxil olmaqla yüksək rütbəli İsrail rəsmilərinin həbsinə order verdikdən sonra Kanadanın baş naziri ölkəsinin qərara tabe olacağını bildirib.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın baş naziri Castin Tryudo bununla bağlı açıqlamasında deyib:

"Biz beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq məhkəmələrin bütün qərarlarına tabe olacağıq".

Noyabrın 21-də Hollandiya məhkəməsi Netanyahu, İsrailin keçmiş müdafiə naziri Yoav Gallant və HƏMAS lideri İbrahim əl-Masrinin Qəzzadakı münaqişə ilə bağlı həbsinə order verib.

PAYLAŞ: