Japarov Azərbaycanla bağlı saziş imzaladı

Japarov Azərbaycanla bağlı
Qırğızıstan
Dünya 22-11-2024 - 15:10

Qırğızıstan və Azərbaycan arasında gəlir vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş ratifikasiya olunub. 

Ajans.az xəbər verir ki, qanunu prezident Sadır Japarov imzalayıb.

Qanun parlament tərəfindən 23 oktyabr 2024-cü ildə qəbul edilib. Prezidentin mətbuat xidməti bildirir ki, sazişin əsas məqsədləri bir dövlətin rezidentlərini digər razılığa gələn dövlətdə ayrı-seçkilik yaradan vergitutmadan qorumaq, vergidən yayınma hallarının və ya sazişin müddəalarından sui-istifadə hallarının qarşısını almaq və dövlətin səlahiyyətli orqanları arasında qarşılıqlı məlumat mübadiləsindən ibarətdir. 

Razılığa gələn dövlətlər sazişin müddəalarına əməl olunmasını təmin etməlidirlər. “Saziş xarici şirkətlərin ölkəmiz iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına şərait yaradacaq”, - deyə məlumatda bildirilir.

Aytac Əsəd
Vəzifəsi: Müxbir
PAYLAŞ: