İtkin düşən professorun meyiti kanalda tapıldı
Noyabr ayının sonunda İngiltərədə itən Prof. Dr. Orhan Ekrenin cansız bədəni Londonda kanalda tapılıb.
Ajans.az xəbər verir ki, onun həyat yoldaşı Banu Ekrenin verdiyi məlumata görə, dekabrın 15-də bələdiyyə təmizlik işçisi Camden ərazisindən keçən Regent kanalında kişi cəsədi tapıb.
Polis dekabrın 17-də şəxsiyyəti müəyyən etmək üçün ailəyə fotoşəkillər göndərib və cəsədin Orhan Ekrenə aid olduğu aydın olub. Banu Ekren deyib ki, Orhan Ekrenin cənazəsi yarılmadan sonra İzmirin Torbalı rayonunda keçiriləcək. Paytaxt London yaxınlığındakı Milton Keynesdə yaşayan prof. Dr. Ekren noyabrın 26-da getdiyi Camden bölgəsində yoxa çıxıb.
London Metropoliten Polisi, telefonu sonuncu dəfə Regent Kanalının kənarında siqnal verən Ekreni tapmaq üçün kanalda iki dəfə axtarış aparıldığını bildirib. Kanalın kənarında Ekrenin bel çantası və yaş paltarı tapılıb, çantasından əşyalarının götürülmədiyi də görünüb.
Şübhəli ölümlə bağlı təfərrüatlar araşdırılır.