İtaliya və İsrail arasında QALMAQAL! - FOTO

İtaliya və İsrail arasında
İtaliya İsrail
Siyasət 19-11-2024 - 18:39

Bir qrup israilli gənc istirahət etmək üçün İtaliyaya yollanıb.

Ajans.az-ın xəbərinə görə, onlar əvvəlcədən “Garni Ongaro” adlı hoteli rezerv edib. Lakin gənclərə hotelə getmədən öncə mesaj göndərilib.

Mesajda bu cür deyilir:

“Sabahınız xeyir. Sizə bildiririk ki, İsrail vətəndaşları, hansı ki, soyqırıma görə məsuliyyətlidilər, onlar bizim strukturumuzda birmənalı olaraq qarşılanmır. Buna görə də, əgər siz rezervasiyanızı ləğv etmək istəsəniz, buyurun. Sizə pulsuz ləğvetmə təqdim etməkdən məmnun olarıq”.

Sözügedən hadisə ciddi ajiotaj yaradıb. Belə ki, İsrail mediası və kütləsi bu prosesdə prezident Melonini günahlandırıb. Hamı ondan məsələ ilə bağlı açıqlama tələb edir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: