İsveçrədən Ukraynaya 35 milyon dəyərində YARDIM

İsveçrədən Ukraynaya 35 milyon dəyərində
Dünya 09-10-2024 - 12:15

İsveçrə Ukraynanın minalardan təmizlənməsi üçün nəzərdə tutulmuş 100 milyon İsveçrə frankına (təxminən 116 milyon dollar) əlavə olaraq daha 30 milyon İsveçrə frankı (təxminən 35 milyon dollar) ayıracaq.

Ajans.az xəbər verir ki, bu barədə İsveçrə parlamentinin rəsmi saytında dərc olunmuş press-relizdə məlumat verilib.

"Federal Şura 9 oktyabr 2024-cü il tarixində qərargahı Cenevrədə yerləşən İsveçrənin Minatəmizləmə Fonduna Ukraynadakı fəaliyyəti üçün 2027-ci ilə qədər 30 milyon frank məbləğində vəsait ayırmağa qərar verdi", -deyə, İsveçrə Federal Şurası bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: