İstanbulda Rusiya-ABŞ danışıqları başlayır

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında rəsmi danışıqlar başlayıb.
Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti öz müxbirinə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, dialoq planlaşdırıldığı kimi, cümə axşamı, fevralın 27-də başlayıb. Görüş zamanı Rusiya Federasiyası və ABŞ nümayəndələri hər iki ölkədəki səfirliklərin işi ilə bağlı problemləri müzakirə etməyə başlayıblar. Bu, İstanbulda keçiriləcək danışıqların əsas mövzusu olacaq. Dialoq zamanı tərəflər bir sıra digər mühüm mövzulara da toxunacaqlar.
Yada salaq ki, danışıqlardan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd etmişdi ki, Rusiya Federasiyası və ABŞ hər iki ölkədəki səfirliklərin işini normallaşdırmaq niyyətindədir. Onun fikrincə, dialoq əvvəlki Amerika administrasiyasının qalaqladığı maneələrin aradan qaldırılmasına kömək etməlidir.