İstanbul bazarında atışma: Ömürlük həbs cəzası verildi
Rustavi məhkəməsi şəhər bazarında atışma törədən şəxsi qeyri-müəyyən həbs cəzasına məhkum edib.
Ajans.az “NewsGeorgia”ya istinadən xəbər verir ki, söhbət 9 fevral 2024-cü il hadisələrindən gedir. İstanbul bazarına tüfənglə girən şəxs 5 nəfəri yaralamışdı. Onlardan dördü dünyasını dəyişib.
Atışmadan az sonra Rustavi sakini Giorgi Orvelaşvili təqsirləndirilən şəxs qismində saxlanılıb. Yerli KİV-in məlumatına görə, kişi qohumundan işdən çıxarıldığı üçün qisas almaq qərarına gəlib.
İş çərçivəsində Orvelaşvilinin kiçik qardaşı da saxlanılıb. O, odlu silahı ehtiyatsızlıqdan saxlamaqda təqsirli bilinib.