İsraildən Türkiyəyə qarşı şok addım: Bu ölkəyə Dəmir Qübbə verdi
İsrail istehsalı olan Dəmir Qübbə hava hücumundan müdafiə sistemi Kipr Rum tərəfində yerləşdirilməyə başlandı.
Ajans.az xəbər verir ki, Yunanıstan Milli Qvardiya Ordusu batareyanın işə salındığını açıqlayıb. Güneyin bu addımına KKTC-nin hakim Milli Birlik Partiyası reaksiya verib. Kipr yunan tərəfinin İsraillə əməkdaşlığı adada gərginliyi daha da artıra bilər.
Cənubi Kiprdə yayımlanan Sigma televiziyası, İsrail istehsalı olan Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin Yunan hissəsində yerləşdirilməyə başladığını açıqlayıb.
Cənubi Kiprin yeni hava hücumundan müdafiə çətirini formalaşdıracaq sistemin digər hissələrinin də tezliklə Yunanıstan ordusunun əlinə keçəcəyi gözlənilir.
Xəbərdə bildirilib ki, gələcək hədəf pilotsuz uçuş aparatlarının qarşısını almaq qabiliyyətini gücləndirəcək digər sistemləri əlavə etməkdir. Məlumatlara görə, Yunanıstan administrasiyasının hava hücumundan müdafiə sistemi Yunanıstanın da İsraildən alacağı Dəmir Qübbə sisteminə inteqrasiya ediləcək.
Yunanıstanın müdafiə naziri Nikos Dendias hava hücumundan müdafiə çətirini təxminən bir ay əvvəl Yunanıstan parlamentində təqdim edib. Dendias Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin təxminən iki il yarım-üç ilə tamamlanacağını və Kiprdən Kritə və bütün Egeyə qədər tək bir çətir yaradılacağını bəyan edib.
Hakim Milli Birlik Partiyasının baş katibi Oğuzhan Hasipoğlu bildirib ki, Cənubi Kipr Rum Administrasiyası əvvəlcə NATO-ya üzvlük üçün hərəkətə keçərək, daha sonra İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini öz inventarına daxil etməklə Kiprdə niyyətini açıq şəkildə nümayiş etdirib.
Hasipoğlu Kipr Rumlarının silahlanma fəaliyyətini “ŞKTC tərəfində olan Türkiyənin regional gücünə qarşı əbəs cəhdlər” kimi qiymətləndirib.