İsrail Netanyahunun iqamətgahına hücuma cavab verəcək?

İsrail Netanyahunun iqamətgahına hücuma cavab verəcək?
Dünya 20-10-2024 - 09:56

İsrail ölkənin Baş naziri Benyamin Netanyahunun Kesariyadakı iqamətgahına edilən hücuma cavab verəcək.

“Ajans” xəbər verir ki, bu barədə “The Jerusalem Post”a diplomatik mənbə bildirib.

“Sui-qəsd cəhdinə cavab veriləcək”, - deyə mənbə qeyd edib. Onun sözlərinə görə, İran Netanyahuya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyır, çünki “Hizbullah” hərəkatını dəstəkləməkdə davam edir.

Qeyd edək ki, Baş nazirin iqamətgahına hücum şənbə günü, oktyabrın 19-u səhər saatlarında baş verib. Livandan buraxılan pilotsuz təyyarə binaya düşüb. Netanyahu və həyat yoldaşı partlayış zamanı orada olmayıblar.

PAYLAŞ: