“İrşad Electronics”də qayda pozuntusu AŞKARLANDI

“İrşad Electronics”də qayda pozuntusu
Gündəm 18-11-2024 - 17:01

“İrşad Electronics” MMC-yə inzibati protokol yazılıb.

Ajans.az Pravda.az-a istinadən xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.

Qeyd: MMC-nin qanuni təmsilçisi Aris Valis oğlu Şıxəliyevdir.

PAYLAŞ: