İranda güclü partlayış: Xeyli sayda ölən var

İranda güclü partlayış:
Hadisə 26-10-2024 - 21:51
 145

İranda terror qruplaşması kimi tanınan sünni qrup "Ceyş əl-Ədl "(Ədalət Ordusu) ölkənin cənub-şərqində Sistan və Bəlucistan əyalətində şənbə günü törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə "Ajans" İranın Mehr dövlət agentliyinə istinadən məlumat yayıb.

Bundan əvvəl İran mediası hücum zamanı atışmada on təhlükəsizlik qüvvəsinin həlak olduğunu bildirmişdi. Ceyş əl-Adl hadisənin təfərrüatlarını daha sonra təqdim edəcəyinə söz verib.

Polisə hücum İsrailin misli görünməmiş raket hücumuna cavab olaraq İrana endirdiyi zərbə ilə eyni vaxta düşüb. Hücum yalnız hərbi hədəfləri hədəf alıb və nəticədə iki hərbçi həlak olub .

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: