İranda edam edilən ikili vətəndaşın qızından ŞOK İDDİALAR

İranda edam edilən ikili vətəndaşın qızından
Şarmehd
Dünya 30-10-2024 - 16:40
 116

İran tərəfindən edam edilən alman-amerikan vətəndaşı Cəmşid Şarmehdin qızı Amerikanı günahlandırıb.

Ajans.az xəbər verir ki, ikili vətəndaşın qızı Bayden-Harris administrasiyasını və Almaniya hökumətini onu xilas etməkdə səriştəsiz olduqları iddiasına görə tənqid edib.

Qazell Şarmehd bazar ertəsi gecəsi tamamilə qara geyinərək atası Cəmşid Şarməhdin ölümünə səssizcə yas tutarkən İranın Qadın, Həyat, Azadlıq hərəkatındakı qadın etirazçılara bənzər şəkildə saçlarını arxaya bağlayarkən çəkdiyi videonu yayımlayıb.

Qazell iki ölkənin hökumətlərini “səriştəsiz və korrupsioner” adlandırıb. Həmçinin onların səssizliyindən öz şikayətini bildirib.

“Mənim atam öldürüləndə harda idiz? Hamı səssiz qaldı. Ona heç özünü müdafiə etmə şansı vermədilər. Səssiz şəkildə qaçırtdılar, əsir saxladılar. Harda idi bütün dünya? Niyə iki ölkə də onu gözdən çıxartdı?”, - deyə, Qazell Şarmehd bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: