İran atom silahı əldə edir- SÜBUT OLUNDU

İran uranın zənginləşdirilməsi prosesini daha da sürətləndirib.
Ajans.az xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, İran noyabrdan indiyədək 92 kiloqramdan çox 60 faizədək zənginləşdirilmiş uran hasil edib. Zənginləşdirilmiş uranın həcmi təxminən 275 kiloqtama çatır. Ötən ilin noyabrında bu rəqəm 182, avqustunda isə 165 kiloqram olub.
Qeyd edək ki, atom bombası hazırlaya bilmək üçün 90 faizədək zənginləşdirilmiş urana ehtiyac var.
Mütəxəssislərin sözlərinə görə, İranın əlindəki 275 kq uran ehtiyatı bir qədər də saflaşdırılsa, bu onlara 6-7 nüvə silahı əldə etməyə imkan verəcək.