İntensiv yağış yağacaq

Cəmiyyət
22-01-2025 - 07:39
Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.
Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Oxşar xəbərlər
Audiovizual Şura ümumölkə televiziya yayımçılarının proqramlarının janr böl... AÇIQLAYIB
Cəmiyyət18:48 / 21-04-25