İngiltərə Rusiyaya MEYDAN OXUDU: "Döyüşməyə hazırıq!"
Britaniya Baş Qərargah rəisinin müavini general-leytenant Rob Maqovan bəyan edib ki, Rusiya Şərqi Avropanı işğal edərsə, Britaniya dərhal cavab verəcək.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Maqovan “İngiltərə ordusundan bu gecə döyüşmək istənilsə, bu gecə döyüşəcəyik. Əgər ruslar bu gecə Şərqi Avropaya hücuma başlasalar, onlarla müharibədə qarşılaşacağıq” ifadələrini işlədib.