İnfarkt keçirən sürücünün vəziyyəti AĞIRDIR

İnfarkt keçirən sürücünün vəziyyəti
Hadisə 31-01-2025 - 12:13

30.01.2025-ci il tarixində saat 23:30 radələrində 1969-cu il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə qəbul olunub.

Bu barədə Ajans.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - deyə qeyd olunub.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: