İlham Əliyevlə Putin arasında telefon danışığı oldu
Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb və dövlət başçıları Moskva ilə Bakı arasında əməkdaşlıqda maraqlı olduqlarını təsdiqləyiblər.
Ajans.az xəbər verir ki, bu barədə Kremlin telegram kanalında xəbər dərc olunub.
Qeyd olunur ki, Əliyev və Putin sənaye kooperasiyası və nəqliyyat sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin praktiki həyata keçirilməsini müzakirə ediblər, həmçinin strateji tərəfdaşlıq və müttəfiqliyin daha da inkişaf etdirilməsində qarşılıqlı maraqlı olduqlarını qeyd ediblər.
“Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyinin gələcək hərtərəfli inkişafında qarşılıqlı maraq təsdiq edilib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb”, - Kreml qeyd edib.