İlham Əliyev Lukaşenkonu TƏBRİK ETDİ

İlham Əliyev Lukaşenkonu
İlham Əliyev
Cəmiyyət 27-01-2025 - 08:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

Ajans.az xəbər verir ki, Dövlətimizin başçısı Aleksandr Lukaşenkonu Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Prezident Aleksandr Lukaşenko göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında dövlət başçıları iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

PAYLAŞ: