İki ölkə arasındakı gərginlik qızışır - VİDEO

İki ölkə arasındakı gərginlik qızışır
Siyasət 15-10-2024 - 11:15

Şimali Koreya cənubi Koreyayla birləşən bəzi yolları partladıb.

Ajans.az xəbər verir ki, bu barədə şimali Koreya mətbuatı məlumat verib. Bildirilib ki, Şimali Koreya iki ölkəni birləşdirən bəzi yolları partladıb və Pxenyan administrasiyası bu yolları kəsməyi hədəfləyir.

Açıqlamada Cənubi Koreya ordusunun Demilitarizasiya Bölgəsi (DMZ) daxilində yerləşən Hərbi Demarkasiya Xəttinin (MDL) cənubundan atəş açaraq partlayışlara cavab verdiyi və Şimali Koreyanın fəaliyyətlərinin yaxından izləndiyi qeyd edilib. Bu ilin yanvarında Şimali Koreya lideri Kim Çen İn sərhəddə iki ölkə arasında bütün kommunikasiyaların kəsilməsi, o cümlədən “Gyeongui” magistralının bağlanması üçün kəskin tədbirlərin görülməsinə göstəriş verib.

Cənubi Koreyanın hərbi rəsmiləri aprel ayında Şimali Koreyanın iki ölkəni birləşdirən və DMZ daxilində yerləşən yolları bağladığını bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: