Hollivud ulduzu VƏFAT ETDİ

Hollivud ulduzu
Şou Biznes 11-04-2025 - 11:30

Amerikalı aktyor Mel Novak 90 yaşında dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, "Ölüm Oyunu" (Game of Death) filmi ilə tanınan sənətçi Kaliforniyada yerləşən bir qocalar evində vəfat edib.

Mel Novak 1978-ci ildə yayımlanan və əfsanəvi aktyor Bruce Lee ilə birlikdə rol aldığı "Ölüm Oyunu" filmi ilə yadda qalmışdı. Ulduz aktyorun ölüm xəbərini qızı Nikol Conant mediaya açıqlayıb. Onun sözlərinə görə, atasının vəfat səbəbi yaşla bağlı sağlamlıq problemləri olub.

Uzun illər Hollivudda fəaliyyət göstərən Novak bir çox film və seriallarda yer alıb. Əsasən aksiyon və döyüş səhnələri ilə seçilən layihələrdə iştirak edən aktyor çəkilişlər zamanı tez-tez müxtəlif xəsarətlər alıb. Qızı bildirib ki, bu zədələr son illərdə onun gündəlik həyatında ağrılara səbəb olurdu.

Mel Novak, kino karyerası boyunca oynadığı rollarla tamaşaçıların yaddaşında qalmağı bacaran aktyorlardan biri kimi xatırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: