Hizbullah Netanyahuya görə məsuliyyəti üzərinə GÖTÜRDÜ

Hizbullah Netanyahuya görə məsuliyyəti üzərinə
Hizbullah
Siyasət 22-10-2024 - 16:11

Hizbullah İsrailin Qeysəriyyə qəsəbəsində Netanyahunun evinə pilotsuz təyyarə ilə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“İslami Müqavimət Qeysəriyyə əməliyyatına və Netanyahunun evinin hədəfə alınmasına görə məsuliyyəti öz üzərinə götürür”, – Hizbullahın media ofisinin rəhbəri Məhəmməd Afif deyib.

Afif həmçinin bildirib ki, İsraillə döyüşlər davam edərkən heç bir danışıqlar aparılmayacaq.

Qeyd edək ki, şənbə günü Livandan atılan üç pilotsuz təyyarədən biri Netanyahunun Qeysəriyyə qəsəbəsindəki iqamətgahını vurub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: