Hikmət Hacıyev Suriya məsələsindən danışdı

Hikmət Hacıyev Suriya məsələsindən
Hikmət Hacıyev
Siyasət 12-12-2024 - 11:11

Suriyadakı məsələlərlə bağlı Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb.

Ajans.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyevin sözlərinə görə, Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq.

“Suriyanın əvvəlki rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı”, - Prezidentin köməkçisi əlavə edib.

PAYLAŞ: