Hikmət Hacıyev BMT rəsmisi ilə görüşdü

Hikmət Hacıyev BMT rəsmisi ilə
Hikmət Hacıyev
Siyasət 03-03-2025 - 12:59

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib.

Ajans.az xəbər verir ki, bu barədə Qvi-Yop Son “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı irəliləyişi daha da sürətləndirmək üçün BMT-nin inkişaf sisteminin necə çevik və tələb yönümlü edilə biləcəyi barədə səmərəli müzakirəyə görə Hikmət Hacıyevə təşəkkür edirəm. Sıx əməkdaşlıq dayanıqlı inkişafın açarıdır!", - paylaşımda bildirilib.

PAYLAŞ: