HƏMAS Rusiyadan nə tələb etdi?

HƏMAS rəsmisi Rusiyaya zəng edib.
Ajans.az xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisi məlumat verib.
Həmas Rusiyadan tələb edir ki, Fələstin prezidenti Mahmud Abbası müharibədən sonrakı Qəzzada milli birlik hökumətinin yaradılması üçün danışıqlara başlamağa təşviq etsin. Beynəlxalq agentliklərdə əksini tapan xəbərə görə, HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Merzuk Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüşüb.
Merzuk Fələstin milli birliyi və müharibədən sonra Qəzzanı idarə edəcək hökumətin qurulması məsələlərini müzakirə etdiklərini bildirib. Merzuk bildirib ki, Həmas Rusiyadan BRİKS-in Kazanda keçirilən sammitində iştirak edən Mahmud Abbası birlik hökuməti ilə bağlı danışıqlara başlamağa təşviq etməsini istəyib.