Həmas Qəzzada qalan girovları azad etməyə HAZIRDIR

Fələstinin HƏMAS hərəkatı qalan bütün israilli girovları ikinci mərhələdə azad etməyə hazır olduğunu açıqlayıb, ancaq bu şərtlə ki, daimi atəşkəs əldə edilsin və İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağından qoşunları tamamilə çıxarılsın.
Ajans.az xəbər verir ki, bu açıqlama ilə hərəkatın nümayəndəsi Hazem Qasem çıxış edib.
Həmas sözçüsü Əl-Cəzirə telekanalına deyib:
"Biz daimi atəşkəsə və Qəzza zolağından tamamilə geri çəkilməyə səbəb olacaq razılaşma əldə olunarsa, məhbusların bir anda dəyişdiriləcəyi ikinci mərhələyə hazırıq".
Xatırladaq ki, ötən həftə Qəzza zolağından üç israilli, o cümlədən Rusiya vətəndaşı Aleksandr Trufanov azad edilib. Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov qeyd edib ki, rusiyalı diplomatlar bu problemin həllinə kömək etmək üçün hər cür səy göstəriblər.