Heç kəs Makrona mane olmur - LAVROV

Heç kəs Makrona mane olmur -
Lavrov-Makron
Siyasət 06-03-2025 - 14:15

Heç kim Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinə zəng etməsinə mane olmur.

Ajans.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov departamentin “YouTube” kanalında keçirdiyi mətbuat konfransında deyib.

“Bilirsiniz, cənab Makron vaxtaşırı o qədər qürurla bəyan edir ki, “Putinə zəng edib mütləq onunla danışacaq”. Onun belə imkanları var, buna heç kim mane olmur”, - diplomat qeyd edib.

Lavrov həmçinin xatırladıb ki, Rusiya lideri beynəlxalq arenada bütün həmkarları ilə təmaslara açıq olduğunu daim vurğulayır.

Lavrov daha əvvəl demişdi ki, Moskva Makronun nüvə ritorikasını Rusiya üçün təhlükə hesab edir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: