Həbsxanada terror aktının qarşısı alındı - TƏFƏRRÜAT
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) respublikanın Daxili İşlər Nazirliyi ilə birlikdə həbsxanada terror aktının hazırlanmasını dayandırıb.
Ajans.az xəbər verir ki, bu barədə departament öz saytında məlumat yayıb.
“Müttəhimlərdən biri həbsxanada olarkən terror aktı hazırlayırdı, qalanları isə terrorizmin təbliğində və terrorçuluq fəaliyyətinin təşkili məqsədilə şəxslərin cəlb edilməsində iştirak edirdilər”, - deyə məlumatda bildirilir.
Ümumilikdə, radikal dini ideologiyanın tərəfdarı olan 10 nəfər saxlanılıb. Axtarışlar zamanı polis əməkdaşları tərəfindən bıçaqlı silahlar, telefonlar və digər maddi sübutlar götürülüb.
Bundan əvvəl Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Sagimbayev bildirmişdi ki, Vilayət Xorasan terror qruplaşması öz potensialını artırmağı planlaşdırır və hələ də təhdidlər edir. Saqimbayev həmçinin vurğulayıb ki, MDB daxilində transsərhəd cinayət, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı təhlükələri artmaqdadır.