Həbsdə olan Hollivud ulduzu xərçəngə tutuldu!

Həbsdə olan Hollivud ulduzu
Şou Biznes 22-10-2024 - 07:11

Məşhur amerikan film prodüseri Harvey Vaynşteynin sağlamlığında ciddi problemlər aşkarlanıb.

Ajans.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Bildirilib ki, Hollivud şoumeni xərçəng xəstəliyinə tutulub. Ona xroniki miyeloid leykemiya diaqnozu qoyulub.

Harvey hal-hazırda həbsxana xəstəxanasında müalicə alır. Prodüserin vəkili başqa açıqlama vermək istəməyib.

Qeyd edək ki, 72 yaşlı prodüser cinsi qısnama və təcavüz səbəblərindən dolayı həbsdədir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: