Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarıldı

Cəmiyyət
10-03-2025 - 11:00
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.
Bu barədə Ajans.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
"Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb", - deyə NİİM-dən bildirilib.
Xatırladaq ki, sürət həddi ötən gün axşam saatlarında endirilmişdi.