Harris və Trampın təklifləri dövləti trilyonlarla BORCA SALACAQ? - ANALİZ

Harris və Trampın təklifləri dövləti trilyonlarla BORCA SALACAQ? -
İqtisadiyyat 07-10-2024 - 12:34
 134

Həm vitse-prezident Kamala Harris, həm də keçmiş prezident Donald Tramp seçicilərə mənzil və səhiyyə xidmətlərini daha münasib etməkdən tutmuş istehsalçıları dəstəkləməyə, milyonlarla amerikana vergi güzəştləri təqdim etməyə qədər getdikcə artan vədlər siyahısı hazırlamağa davam edir.

Ajans.az xəbər verir ki, bu təkliflər yüksək qiymətlidir və namizədlər xərcləri necə tam şəkildə ödəyəcəklərini açıqlamayıb. Nəticədə, seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq dövlət borcu trilyonlarla dollar qədər artaca və bu, ölkənin fiskal problemlərini daha da çətinləşdirəcək.

Bu gün açıqlanan Məsul Federal Büdcə Komitəsinin hesabatına görə, Harrisin planı həyata keçərsə, növbəti 10 il ərzində ölkənin borcu 3.5 trilyon dollar, Trampın isə 7.5 trilyon dollar artacaq. Həm Konqresdəki Respublikaçılar, həm də Demokratlar hazırda 35.7 trilyon dollar olan borcu həll etmək istədiklərini dəfələrlə desələr də, nə Harris, nə də Tramp ölkənin ağır borc yükünü azaltmaqdan danışmayıb. Lakin federal hökümət gəlir olaraq qazandığından daha çox xərcləməyə davam edir və borc sürətlə artır. Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauel də daxil olmaqla bir sıra ekspertlər millətin dayanıqlı olmayan maliyyə yolunda olduğunu söyləyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: