Günəşin yaranma tarixi AÇIQLANDI

Günəşin yaranma tarixi
Günəş
Cəmiyyət 07-11-2024 - 19:44

Günəşimizin təxminən 4.6 milyard il əvvəl yaranması ilə bağlı yeni araşdırmalar sübut olunub.

Ajans.az-ın verdiyi məlumata görə, alimlərin araşdırmaları sübut edib ki,günəşin yaranması nəhəng bir qaz və toz buludunun çökməsi ilə başlamışdır. Bu bulud, kosmosda "nebula" adlandırılan ulduzlararası qaz və toz topasından ibarət idi.

Kainatdakı böyük partlayışlar və ya yaxınlıqdakı digər ulduzların təsiri nəticəsində nebula çökməyə başlayaraq mərkəzdə sıxlaşıb fırlanmağa başladı. Milyonlarla il ərzində bu proses davam edərək, böyük istilik və təzyiq yaranıb və nəticədə Günəş formalaşıb.

Bu ilkin dövrdə baş verən nüvə birləşmələri Günəşin enerji mənbəyini təmin etdi və onun ətrafında formalaşan maddələrdən Günəş sistemindəki planetlər meydana gəlib. Bu uzun və mürəkkəb proses nəticəsində Günəş sistemi, o cümlədən Yer planeti formalaşaraq hazırkı halına çatıb. Alimlər Günəşin yaranma prosesini araşdıraraq kainatın inkişafı ilə bağlı daha çox məlumat əldə etməyə davam edirlər.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: