Gözlənən GÖRÜŞ: Tramp İsrail məsələlərini onunla müzakirə etdi
İsrailin strateji işlər naziri Ron Dermer bazar günü Florida ştatının Mar-a-Laqo şəhərində ABŞ-nin yeni seçilmiş prezidenti Trampla görüşüb.
Ajans.az xəbər verir ki, israilli nazirin səfərinin məqsədi İsrailin baş naziri Benyamin Netanyahunun mesajlarını Donald Trampa çatdırmaq olub.
Həmçinin görüş zamanı Dermer ABŞ-nin seçilmiş prezidentinin andiçmə mərasimindən əvvəl hansı məsələləri həll etmək istədiyini və vəzifəyə başlayana qədər hansı məsələləri təxirə salmağı üstün tutacağını öyrənməyə çalışıb.
İsrail tərəfinin Trampla müzakirə etmək istədiyi mövzular arasında Livandakı vəziyyətin nizamlanması, hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza planı, həmçinin yəhudi dövləti ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması səyləri yer alıb.
Qeyd olunub ki, İsrailin baş naziri bundan əvvəl Dermerin Trampla görüşü barədə ABŞ-nin hazırkı prezidenti Co Bayden administrasiyasını məlumatlandırıb.