Göygöldə minik maşını dirəyə çırpılıb, xəsarət alan var

Göygöldə minik maşını dirəyə çırpılıb,
Gündəm 29-03-2025 - 19:26

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunda, Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

"Mercedec" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2004-cü il təvəllüdlü N.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobilə və elektrik təsərrüfatına ziyan dəyib.

PAYLAŞ: