Qlobal ticarət inqilab EDƏCƏK

ABŞ prezidenti Donald Trampın tətbiq etməyi planlaşdırdığı tariflər Vaşinqtonun son əsrdə tətbiq etdiyi ən genişmiqyaslı məhdudiyyətlər olacaq.
Ajans.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Onlar hesab edirlər ki, Ağ Ev müharibədən sonrakı dünya ticarət sistemini bir zərbə ilə alt-üst edəcək və proqnozlaşdırılması çətin olan iqtisadi risklər yaradacaq. Agentlik Goldman Sachs analitiklərinə istinad edərək, hesab edir ki, 2025-ci ildə bütün ölkələr üçün ABŞ tarifləri orta hesabla 15 faiz bəndi artacaq.
Bu, daha yüksək baza inflyasiyası, zəif artım və tənəzzül riskinin artması ilə nəticələnəcək. “Bloomberg Economics” proqnozlaşdırır ki, orta tariflərin 28 faiz bəndi artması ÜDM-ə dörd faizlik zərbə və iki-üç il ərzində təxminən 2,5 faiz qiymət artımı deməkdir.
Bu arada, ABŞ səhmləri artıq 2023-cü ildən bəri yanvardan mart ayına qədər ən pis rüblük göstəricilərini dərc edib. Qızıl rekord həddə çatıb, dollar zəifləyir.
Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Donald Trampın aprelin 2-də elan edəcəyi tariflər dərhal qüvvəyə minəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.