Abşeronda 32 yaşlı kişinin meyiti aşkarlanıb

Gündəm
02-04-2025 - 08:39
Abşeronda 32 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Ajans.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən mənzillərin birində qeydə alınıb.
1993-cü il təvəllüdlü Anar Məmmədovun meyiti yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.