Azərbaycanın əməkdar jurnalisti vəfat etdi

Azərbaycanın əməkdar jurnalisti vəfat etdi
Cəmiyyət 02-04-2025 - 09:26
Azərbaycanın əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, o bu gün uzun sürən xəstəlikdən sonra 73 yaşında yaşadığı mənzildə dünyasını dəyişib.
Qeyd edək ki, Valeh Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildən “Səs” qəzetində tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələrdə çalışıb.
“Tərəqqi” medalına və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: