Göydələndən yıxılaraq ÖLDÜ: Qətl, yoxsa intihar? - YENİ DETALLAR/FOTO
Ankarada göydələnin 43-cü mərtəbəsində dostunun evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən at sürmə təlimçisi Semanur Arslanın (27) dəftəri aşkarlanıb.
Ajans.az xəbər verir ki, Arslanın "Mən təhlükəsizəm, ətrafımdakı hər pislikdən azadam. Xoşbəxtəm və bütün köməyə ehtiyacı olanlara kömək etmək gücüm var" qeydləri diqqət çəkib. Ana Elif Karaca (50) "Qızımın intihar etməsi qeyri-mümkündür. Həyat dolu uşaq idi. Qızım heç vaxt intihar etmədi" ifadələrini işlədib.
Oktyabrın 20-də axşam saatlarında Çankaya rayonunun Konutkent səmtindəki göydələnin 43-cü mərtəbəsindəki evin pəncərəsindən Semanur Arslan yıxılaraq həyatını itirib. Evdə olan Ferhat D. və Ezgi Ö. (31) nəzarətə alınaraq ifadələrinin ardından sərbəst buraxılıb.
Ferhat D. Semanur Arslanı tanımadığını, hadisə zamanı başqa otaqda olduqlarını və çölə çıxanda onu görə bilmədiklərini iddia edib. Ezgi Ö. Arslanın sevgilisi ilə problemləri olduğunu və hər an ağladığını qeyd edib. Səmanur Arslanın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində cib telefonu müayinəsinin nəticələri, yarılma və toksikoloji hesabatları gözlənilir.