Dekabrın 9-dan 15-dək... - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ

Dekabrın 9-dan 15-dək... -
Geomaqnit qasırğası
Gündəm 09-12-2024 - 17:26
 416

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Ajans.az-a bildirilib ki, Günəşin səthində 103 ləkə müşahidə olunur.

Günəş küləyinin maksimal sürəti saniyədə 542 kilometrədək artıb.

Dekabrın 9-dan 15-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.

Günəş küləyinin müsbət qütblü yüksək sürətli tac dəliyi axınlarının təsiri ilə dekabrın 9-dan 11-dək sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə dekabrın 9-11-də aktiv olacağı proqnozlaşdırılır. Geomaqnit qasırğası gözlənilmir.

PAYLAŞ: