Gənclərin sürət yarışı FACİƏ ilə bitdi - Ölən və yaralılar var
İstanbuldan Malatyaya getmək üçün Alibeyköy Cep Avtovağzalından yola düşən sərnişin avtobusu Şimali Mərmərə şossesinin Cebeci tunelinə çatanda əks istiqamətdə yarışdığı iddia edilən 2 motosikletlə toqquşub.
Ajans.az "sabah.com"a istinadən xəbər verir ki, hadisə yerinə polis və tibb qrupları göndərilib.
Sağlamlıq qruplarının ilk müdaxiləsi zamanı avtobusla baş-başa toqquşan motosiklet sürücüsünün həyatını itirdiyi müəyyən edilib. Sürüşən digər motosikletin sürücüsü də ağır yaralanıb. Bildirilib ki, sərnişin avtobusunun sürücüsü və yan oturacaqda əyləşən ikinci sürücünün xəsarətləri yüngül olub.
Yaralılar xəstəxanaya çatdırılıb. Polis hadisə yerinin və sərnişin avtobusunun kamera görüntülərini araşdırır. Qəzaya uğrayan motosikletlərin hissələrinin təxminən 150 metr əraziyə yayıldığı görülərkən, nəqliyyatın hərəkəti bir müddət tək zolaqda saxlanılıb. Hələlik şəxsiyyəti məlum olmayan motosiklet sürücüsünün meyiti morqa aparılıb.