Gəncədə yeniyetmə dəm qazından zəhərlənib

Gəncədə yeniyetmə
Gündəm 30-03-2025 - 22:26

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Ajans.az hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü F.Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, F.Səfərova yaşadığı evin hamam otağında zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: