Gəncədə mikroavtobusla minik maşını toqquşdu - Yaralılar var

Gəncədə mikroavtobusla minik maşını toqquşdu -
Hadisə 02-02-2025 - 20:26

Gəncədə “Mercedes” markalı sərnişindaşıyan mikroavtobusla “VAZ-2106” markalı minik maşını toqquşub.

Ajans.az xəbər verir ki, hadisə şəhərin “Avtozavod” adlanan ərazisində baş verib.

İlkin məlumata görə, qəzada 52 yaşlı Məhbubə Abbasova və 33 yaşlı Jalə Zeynalova mütəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar şəhər ərazisində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağır qiymətləndirilir.//qafqazinfo.az

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: