G7-nin müdafiə nazirləri Yaxın Şərq münaqişəsi ilə bağlı BƏYANAT YAYDI
G7 ölkələrinin müdafiə nazirləri İsraili dəstəklədiklərini və HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumlarını pislədiklərini bir daha bəyan ediblər.
Ajans.az xəbər verir ki, birgə bəyanatın əsas məqamları bunlardır.
Qrup Qəzzada atəşkəs, bütün əsirlərin azad edilməsi, Zolaqda humanitar yardım axınının əhəmiyyətli və davamlı şəkildə artırılması və iki dövlətli həllə aparan davamlı yol tərəfdarlarını bir daha təsdiqləyib. Nazirlər Livanda baş verən hadisələrdən və Livanın cənubunda BMT sülhməramlılarının təhlükəsizliyinə bütün təhdidlərdən narahat olduqlarını bildiriblər.
Husilərin Qırmızı dəniz, Bab əl-Məndeb boğazı və Ədən körfəzində gəmilərə hücumlarını pisləyib. Qrup həmçinin İranın 13 aprel və 1 oktyabrda İsrailə qarşı birbaşa hücumlarını qınayıb və Tehranı Həmas, Hizbullah, Husilər və digər qeyri-dövlət subyektlərinə dəstək verməkdən çəkinməyə çağırıb.