FTB-dən BƏYƏNAT: Yəhudi bayramları və 7 oktyabr SƏBƏBİLƏ...

FTB-dən BƏYƏNAT: Yəhudi bayramları və 7 oktyabr
Dünya 05-10-2024 - 12:19

Amerika Federal Tədqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Departamenti birgə bəyənat açıqlayıb.

Ajans.az xəbər verir ki, bəyənatda HƏMAS tərəfindən İsrailə qarşı ölümcül terror hücumunun qarşıdan gələn bir ildönümü və Yaxın Şərqdə davam edən qarışıqlıq ekstremistlər tərəfindən zorakılıq aktları üçün motivasiya ola biləcəyi bildirilib. Agentliklərin dediyinə görə, ABŞ-yə qarşı konkret və ya etibarlı təhdidlər müəyyən edilməyib.

Ölkə daxilindəki hüquq-mühafizə orqanları Yaxın Şərqdəki son gərginliyə, 7 oktyabra (ildönümü – red) və Yəhudi bayramlarının gəlişi və s. səbəblərə görə patrul xidmətini gücləndirilib. Ciddi nəzarətin 2 həftəyə qədər davam etməsi gözlənilir. Həmçinin adı açıqlanmayan resurs “CNN”ə bildirib ki, Nyu-York polisi körpülərdə, tunellərdə partlayıcı aşkarlanması üçün əyalət polisləri ilə əməkdaşlıq edəcək, vertolyot bölmələrindən isə radiasiya üzə çıxarmaq məqsədilə istifadə edəcək. Los-Anceles, Kaliforniya və s. ştatlarda da nəzarət gücləndiriləcək və birgə əməkdaşlıqlar həyata keçiriləcək.  

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: