Fransada İSTİSMAR SKANDALI – MƏHKƏMƏ QƏRARI + FOTOLAR

Fransada İSTİSMAR SKANDALI –
Dünya 05-10-2024 - 12:46

Hal-hazırda Fransa mediasını skandal ilə əhatə edən məsələlərdən biri də Cisel Pelikot adlı vətəndaşın məhkəməsidir. Belə ki, C. Pelikot narkotik maddə istifadəçisi olub. Buna görə də onun həyat yoldaşı onlarla insanı Pelikota cinsi istismar etməyə cəlb etməyə çalışıb və məhkəmədə bu səbəblə ittiham olunur.

Ajans.az xəbər verir ki, bundan əvvəl video sübutlar konfidensial xarakter daşıyıb. Lakin cümə günü qərar ləğv edilib və artıq həmin görüntülərin ictimaiyyətə də nümayiş etdiriləcəyi açıqlanıb.

Zərərçəkmiş Cisel Pelikotun vəkilləri bu qərarı qələbə kimi qiymətləndirir. Çünki iddiaçının keçmiş həyat yoldaşı Domink Pelikot Ciselə qarşı olan zorakılığın böyük bir qismini qeydə alıb.

Qeyd edək ki, baş verən hadisə Fransada ciddi şəkildə xaos yaradıb. Hüquqşünasların bəziləri, qadın haqları müdafiəçiləri, siyasətçilər və s. təbəqələrdən olan insanlar məhkəmənin ədalətli qərar verməsini və şübhəli şəxs D. Pelikotun layiq olduğu cəzanı çəkməsini istəyirlər.

PAYLAŞ: