Filippində fəlakət nəticəsində ölənlərin və yaralıların sayı 130-a çatıb

Filippində fəlakət nəticəsində ölənlərin və yaralıların sayı 130-a çatıb
Dünya 26-10-2024 - 23:21

Filippində "Trami" tropik qasırğasının yaratdığı geniş miqyaslı daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin və itkin düşənlərin sayı 130-a çatıb.

Ajans.az "Associated Press"ə istinadən xəbər verir ki, ölkə prezidenti ötən gün bir çox ərazinin təcrid olunmuş vəziyyətdə qaldığını və insanların xilas edilməsinə ehtiyac olduğunu bildirib.

Cənub-Şərqi Asiyanın arxipelaqlarını vuran ən ölümcül və ən dağıdıcı fırtınalardan biri cümə günü Filippinin şimal-qərbini vurması nəticəsində ən azı 85 nəfərin ölümünə, daha 41 nəfərin itkin düşməsinə səbəb olub. 

PAYLAŞ: