"Fənərbağça" qalibiyyətinə görə bu qədər mükafat aldılar

"Fənərbağça" qalibiyyətinə görə
İdman 03-04-2025 - 18:30

Türkiyə kubokunun 1/4 final matçında səfərdə "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edən "Qalatasaray" rəhbərliyinin futbolçulara verəcəyi mükafatın məbləği bəlli olub. 

Ajans.az türk mediasına istinadən xəbər verir ki, derbidəki qalibiyyətə görə futbolçular 1 milyon dollar mükafat alacaqlar.

Qeyd edək ki, sarı-qırmızılılar yarımfinalda "Konyaspor"la qarşılaşacaq. 

PAYLAŞ: